Dənizdə 66 gün sağ qalmaq mümkündürmü?
Maya.news xəbər verir ki, Mixail Piçuqin adlı rus kişi bunun mümkün olduğunu sübut edib.
O Şərqi Asiyanın ən soyuq dənizində 2 ay sağ qalmağı bacarıb.
Mixail Piçuqin qardaşı və 15 yaşlı qardaşı oğlu ilə şişmə qayıqla Oxot dənizində gəzintiyə çıxıb. Gəzintinin məqsədi balinaları izləmə və seyr etmə olub. Ancaq hadisələr planlandığı kimi baş verməyib. Belə ki, dalğalarla başa çıxa bilməyən səyahətçilər Şantar adası yaxınlığında istiqamətlərini itiriblər. Qayıqda isə cəmi 2 həftəlik qida və su olub. Dənizdə baş verən fırtınalar səbəbindən Mixailin qardaşı və qardaşı oğlu dünyasını dəyişib. Ancaq o, yanındakı iki cəsədlə birlikdə soyuğa və aclığa tab gətirməyi bacarıb.

Mixail balıqçılar tərəfindən xilas olunduqdan sonra balıq tutaraq və yağış suyu toplayaraq sağ qalmağı bacardığını deyib.
Dənizdən sağ qurtulmağı bacarsa da, təhlükəsizlik qaydalarına əməl etməmə səbəbindən 2 insanın ölümündə günahkar hesab olunub və barəsində cinayət işi açılıb.