İnsanlar arasındakı dostluqların yarısından çoxunun 7 il ərzində sona çatdığı, bu müddəti ötən dostluqların isə ömürboyu davam etdiyi məlum olub.
Maya.news xəbər verir ki, bu barədə Niderlandda yerləşən Utrecht Universitetində tədqiqat aparılıb.
Sosioloq Gerald Mollenhorst tərəfindən aparılan tədqiqat zamanı 18-65 yaş aralığında 1007 insan sorğuda iştirak edib.
7 il sonra isə bu şəxslərdən 604-ü ilə yenidən sorğu edilib.
Nəticədə məlun olub ki, 7 il ərzində insanların ortalama dost sayı sabit qalsa da, şəxslərin yarıdan çoxu dəyişilib.
Mollenhorst onu da bildirib ki, 7 ildən artıq davam edən dostluqların ömürboyu davam etmə potensialı yüksəkdir.