Elm adamlarının fikrincə evdə pişik bəsləmək sevgilinizin olması ilə eyni emosional hissi yaradır.
Maya.news xəbər verir ki, bu barədə Avstriyada yerləşən Vyana Universitetində tədqiqat aparılıb.
Tədqiqatın nəticəsinə görə, pişiklər insanlarla, xüsusilə də qadınlarla çox yaxşı sosial bağ qura bilirlər.
Belə ki, pişiklər sahibinin onlara göstərdiyi nəvazişi xatırlayır və zamanı gəldikdə onu geri qaytara bilirlər.
Bu isə çətin emosional vəziyyətə düşən insanlara müsbət təsir göstərir və onların bu situasiyadan daha tez çıxmasına kömək edir.