spot_img
Ana səhifəMAYA+Daş dövrü insanlarının IQ səviyyəsi müasir insandan daha yüksək olub

Daş dövrü insanlarının IQ səviyyəsi müasir insandan daha yüksək olub

spot_img

Alimlər bəşəriyyətin yaşı artdıqca IQ səviyyəsinin aşağı düşdüyünü açıqlayıblar.

Maya.news “MedicalXpress” portalına istinadla xəbər verir ki, bu barədə Norveçdə tədqiqat aparılıb.

Araşdırma zamanı 1970-2009-cu illər arasında yaşamış norveçlilərin IQ səviyyələri analiz edilib.

Məlum olub ki, 20-ci əsrin əsrin əvvəlindən 1975-ci ilə qədər yaşayan insan nəsillərinin hər biri özündən əvvəlki nəsildən 3 göstərici daha zəkalı olub.

Ancaq 1970-ci ildən etibarən IQ səviyyələrində eniş başlayıb.

Yəni, hər nəsil özündən əvvəlki nəsildən 7 göstərici geri qalıb.

Alimlərin fikrincə müasir insanların IQ səviyyəsinin aşağı düşməsi texnoloji inkişafın nəticəsidir.

Belə ki, müasir insan kitab oxumaq vərdişini itirib.

Əvəzində isə televiziya izləmək, sosial mediada uzun müddət vaxt keçirmək və kompyuter oyunları oynamaq kimi yeni vərdişlər qazanıb.