spot_img
Ana səhifəMAYA+Milçəkləri tutmaq niyə çətindir?

Milçəkləri tutmaq niyə çətindir?

spot_img

Milçəkləri tutmaq olduqca çətindir. Onların təhlükədən cəld və sürətli xilas olmaları beyin inkişafları ilə əlaqələndirilir.

Maya.news xəbər verir ki, milçək beynini tədqiq edən alimlər 130 min beyin hüceyrəsinin və onlar arasındakı 50 milyon əlaqənin formasını və yerləşmə yerini müəyyənləşdirə biliblər.

Tədqiqat nəticəsində məlum olub ki, milçək beyni vasitəsilə ona edilən hücumun istiqamətini əvvəlcədən təyin edə bilir. Bundan sonra isə beyin milçəyin ayaqlarına təhlükə barədə siqnal ötürür.

Yəni, milçək təhlükəni əvvəlcədən müəyyənləşdirə bildiyi üçün düşüncə sürətindən daha cəld şəkildə xilas olmağı bacarır.

Milçəklərin beyin inkişafları digər tədqiqatlarla da müəyyən edilib. Belə ki, onların erkəkləri dişiləri cəlb etmək üçün müxtəlif fəndlər icra edir, hətta mahnı belə oxuyurlar.

Bütün bu sadalananlar onların iynə ucu böyüklüyündə olan beyinləri sayəsində mümkün olur. Alimlər bu dərəcədə kiçik bir beynin necə belə böyük funksionallığa malik olmasını araşdırmağa davam edirlər.