spot_img
Ana səhifəMAYA+Qaçış aparatı bir vaxtlar işgəncə aləti olub

Qaçış aparatı bir vaxtlar işgəncə aləti olub

spot_img

Bu gün sağlam həyat üçün istifadə etdiyimiz əsas idman alətlərindən biri olan qaçır aparatı əslində insanlara işgəncə vermək üçün ixtira olunub.

Maya.news xəbər verir ki, qaçış aparatı 1800-cü illdərdə ingilis mühəndis Ser Vilyam Kubbit tərəfindən həbsxana məhkumları üçün hazırlanıb.

Məhkumlar bu alətin üzərinə çıxarılıb və davamlı şəkildə yeriməyə məcbur edilib.

Aparat üzərində insan yeridiyi vaxt enerji istehsal etmə funksiyasına da sahib olub.

Bu enerjidən isə su motorlarının işləməsində, mədənlərin havalandırılmasında və buğda üyüdülməsində istifadə olunub.

Qaçış aparatı tarixi

Kifayət qədər enerji əldə etmək üçün məhkumlar gündə 6 saat qaçış aparatı üzərində yeridilib. Bu isə 14 000 pilləkən çıxmağa bərabər idi.

Qaçış aparatı 1900-cü illərin əvvəllərinə qədər işgəncə aləti kimi istifadə olunub.

Yalnız 1911-ci ildə ABŞ-də bir şirkət bu aparatın patentini alaraq onu sağlam həyat cihazına çevirməyi bacarıb.