Qarışqaların yuvalarını qohumlarından uzaqda qurduqları və qohum evliliklərindən qarşı olduqları məlum olub.
Maya.news xəbər verir ki, tədqiqatçılar bu qənaətə gəlmək üçün Fransanın cənubunda yaşayan “Cardiocondyla” qarışqa kaloniyasını araşdırıblar.
Tədqiqatlar 2014-2019-cu illəri əhatə edib.
Tədqiqat zamanı qarışqa yuvalarının xəritələri hazırlanıb.
Məlum olub ki, işçi qarışqalar nəsil artırma üçün seçilən gənc kraliça qarışqaları öz yuvalarından 20 metr uzaqlığa aparıb orada onlar üçün yuvalar hazırlayırlar.
Həmçinin bu qarışqa kaloniyasında iki qohum qarışqanın cütləşməsinin qeyri-sağlam nəsil yaratdığı müşahidə edilib.
Bu hadisədən sonra isə qarışqalar özləri də qohumları ilə cütləşməkdən uzaq durmağa başlayıblar.