spot_img
Ana səhifəMAYA+“Saman altından su yeritmək” ifadəsi necə yaranıb?

“Saman altından su yeritmək” ifadəsi necə yaranıb?

spot_img

“Saman altından su yeritmək” zahirən sakit görünən, ancaq gizlincə öz işini görən, ara qarışdıran insanlar barədə danışarkən istifadə olunur.

Maya.news xəbər verir ki, bu ifadənin yaranması ilə bağlı məşhur bir əhvalat var.

Belə ki, qədimdə kəndlilər tarlalarını suvarmaq üçün çaydan növbəli şəkildə istifadə edirmişlər.

Əkin sahələri qazılan arxlar vasitəsilə sulanırmış ki, nəticədə çaydan hər kəsə bərabər miqdarda pay düşürmüş.

Bir gün acgözlü bir kəndli tarlasını daha çox suvarmaq üçün çaydan incə bir kanal çəkib.

O, kanalı gizlətmək üçün üzərini kol-kos və samanla örtüb.

İlk əvvəl heç kəs kəndlinin çaydan daha çox su anlamayıb.

Ancaq məhsul yığımı zamanı saman altından su yeridən kəndlinin digər kəndlilərdən 2 dəfə daha çox qazanc əldə etməsi hər şeyi üzə çıxarıb.

O gündən etibarən “saman altından su yeritmək” ifadəsi öz mənfəəti üçün gizlincə fəaliyyət göstərən insanları təsvir etmək üçün istifadə edilir.