spot_img
Ana səhifəMAYA+Sirri açılmayan “Taos uğultusu”

Sirri açılmayan “Taos uğultusu”

spot_img

ABŞ-nin Nyu-Meksiko ştatının Taos qəsəbəsində illərdir ki, sirri açılmayan bir uğultu səslənir.

Maya.news xəbər verir ki, bəzi insanlar bu aşağı frekanslı səsi bir motosiklet uğultusu ya da elektrikli titrəmə kimi təsvir etsə də, bəziləri heç nə eşitmədiklərini deyirlər.

Bu qeyri-adi hadisə xüsusilə 1990-cı illərdən etibarən elm adamlarının da diqqətini çəkib.

Bu günədək tədqiqatçılar uğultunun mənbəyini tapmaq üçün yeraltı akustik dalğalardan geoloji hərəkətlərə, hətta elektromaqnit hadisələrə qədər hər şeyi tədqiq ediblər.

Ancaq konkret bir nəticə əldə olunmayıb.

Bəzi alimlər bu səsi insan qulağının qəbul etdiyi təbii bir titrəşimlə, bəziləri isə psixoloji və şəxsi həssaslıqla əlaqələndirirlər.

Xalq arasında isə uğultu ilə bağlı çoxsaylı əfsanələr dolaşır.