“Yeni il” gecəsi 12 üzüm giləsi yəmək ritualı, İspaniyadan başlayaraq, indi bir çox ölkədə qeyd edilən maraqlı bir ənənəyə çevrilib.
Maya.news xəbər verir ki, bu ritualın kökləri 19-cu əsrə, İspaniyanın ənənələrinə dayanır. Hər bir üzüm dənəsi ilin 12 ayını təmsil edir və hər üzüm giləsi ilə növbəti il üçün bir dilək tutulur.
Masa altında yerinə yetirilən bu ritualın eşq həyatı və şans ilə əlaqəli duğuna inanılır. İnanclara görə, bu ənənəyə əməl etmək, insanın həyatına xoşbəxtlik, məhəbbət və bolluq gətirə bilər.
Bu ritual İspaniya xaricində bir çox ölkədə də məşhurlaşmış və “Yeni il” gecəsi ənənəvi olaraq həyata keçirilir. Bəzi insanlar masa altına girmədən də 12 üzüm giləsi yeməyi üstün tutsalar da, ritualın qaydalarına əməl edənlər, növbəti ilin onlara daha çox şans və uğur gətirəcəyinə inanırlar.
Əgər “Yeni il” gecəsi bu qədim ritualı yerinə yetirmək istəyirsinizsə, saat 00:00-ı göstərdiyində 12 üzüm giləsi götürün və masanın altına girərək hər birini yeyərkən növbəti ilin hər bir ayında başınıza gələcək xoş hadisələr üçün bir dilək tutun.