Bəzi saat modelləri var ki, illər keçsə belə öz statusunu itirmir.
Maya.news bütün dövlərin ən ikonik saatlarını təqdim edir:
Rolex – Submariner
Bu saat dünyanın ilk suya dalış saatıdır. Belə ki, o 100 metr dərinliyə qədər su keçirmir.

Patek Philippe – Nautilus
Dünyanın ən çox tələb görən saatlarından olan bu saat Qerald Qenta imzası daşıyır. Saat dizayneri və istehsalçısı Qenta bu saatı “Patek Philippe”in istəyi ilə 1976-cı ildə hazırlayıb.

Jaeger Le-Coultre – Reverso
180 dərəcə çevrilə bilən bu saat “Art Deco” tərzi dizaynı ilə dünyanın ən ikonik saatlarından biridir. Bu saat 1930-cu ildən istehsal olunur.

TAG Heuer – Monaco
Dünyanın xronoqraf müxanizmli, suya davamlı ilk dördkünc saatı 1969-cu ildə istehsal olunub. “Le Mans” filmi ilə böyük şöhrət qazanan bu saat hələ də rəğbət görür.

Breitling – Navitimer
Adını “navigation” və “timer” sözlərindən alıb. Özünəxas dizaynı sayəsində uzun illərdir ki, dünya saatçılıq sənayesində yerini qorumağı bacarır.

Cartier – Crash
Dünyanın ən avanqard saatlarından biri hesab olunan bu saat xüsusi dizaynı ilə saat dünyasının ən ikonik modellərindən biridir.
