spot_img
Ana səhifəMODAAKSESUARNişan üzüyü niyə sol əlin adsız barmağına taxılır?

Nişan üzüyü niyə sol əlin adsız barmağına taxılır?

spot_img

Yəqin ki, bir çoxumuz niyəsini bilmədən nişan və ya evlilik üzüyümüzü hamı kimi sol əlimizin adsız barmağına taxırıq. Bəs bunun səbəbi nədir?

Maya.news xəbər verir ki, nişan üzüklərinin tarixini 13-cü əsrə, Roma imperiyasına qədər izləmək mümkündür.

Belə ki, o vaxt Roma papası III İnnokenti nişan və toy mərasimləri arasında müəyyən qədər fasilə verilməsinə göstəriş verib. Üzüklərin də istifadəsinə bundan sonra başlanılıb.

Nişan üzüyünün mənası

Üzüyün sol əlin adsız barmağına taxılması da yunan və romalılardan qalan ənənədir. Onlar bu barmağı birbaşa ürəyə qədər uzanan “Vena amroris” və ya “sevgi venası”na görə seçiblər.

İlk üzüklər dəmirdən, sonrakılar isə qızıldan hazırlanıb. Brilliantlar isə sonradan dizayna əlavə olunub. Tarixdə həyat yoldaşına ilk brilliantl üzük hədiyyə edin kişi Avstriya Ershersoqu Maksimiliandır. O, bu hədiyyəni 1477-ci ildə edib. 1930-cu ilə qədər isə brilliant qaşlı üzüklər ancaq zənginlərin hədiyyə edə biləcəyi əşya olub.

Nişan üzüyü niyə sol əlin adsız barmağına taxılır?

Cənubi Afrikada böyük almaz mədənləri kəşf edildikdən sonra, 1930-cu ildə “Diamond Jewellery” adlı şirkət böyük bir marketinq gedişi edərək həm tələbi, həm də təklifi manipulyasiya etmə yolu ilə brilliantı geniş kütlələrə çatdıra bilib.

Şirkət hətta ABŞ-də fəaliyyət göstərən bir reklam şirkəti ilə müqavilə bağlayaraq brilliantın ailə yadigarı olması fikrini insanlara mütəmadi şəkildə tirajlayıb.