Əksər insanlar saatı sol qoluna taxaraq istifadə edirlər. Bəs əslində saat hansı qola taxılmalıdır?
Maya.news xəbər verir ki, psixoloqlar insanların ən çox hansı əllərini istifadə etmələrinin saat taxma seçimində xüsusi rol oynadığını bildirirlər.
Belə ki, əgər siz gündəlik fəaliyyətdə sağ əlinizi daha çox istifadə edirsinizsə, saat taxarkən sol qolunuza, sol əlinizi daha çox istifadə edirsinizsə isə, əksinə sağ qolunuza daha çox üstünlük verəcəksiniz. Çünki bu təqdirdə siz saatı daha praktik istifadə edə biləcəksiniz.

Məsələn, əgər siz çay fincanını sağ əlinizdə tutursunuzsa, saatın sol qola taxılması sizin üçün daha uyğun olacaq.
Saatın ən çox sol qola taxılmasının səbəbi isə dünyadakı insanların əksəriyyətinin sağ əllərini daha çox istifadə etmələridir. Başqa sözlə desək, solaxayların sayının az olmasıdır.
Eyni zamanda saat üçün hansı qolun doğru olması fikri də mövcud deyil. Yəni insanlar saatı şəxsi seçimlərinə görə, onlara ən rahat olan qollarına taxa bilərlər.