Kraliyyət daşı kimi də tanınan sapfir əsrlər boyu səmavi ümid və inamla əlaqələndirilib.
Maya.news xəbər verir ki, bu daşın bir çox fiziki və emosional faydaları var. Əksər insan sapfir daşının yalnız mavi rəngdə olduğunu bilir. Ancaq bu daş yaşıl, ağ, qara, bənövşəyi, çəhrayı və sarı kimi rənglərdə də mövcuddur.

Sapfirin dəyəri onun rəngi ilə çox əlaqəlidir. Mavi sapfir ən dəyərlisidir. Bu daş qədim və orta əsrlərdə uğurun, bərəkətin, gücün və müdrikliyin simvolu hesab olunub.
Əsrlər boyu kraliyyət ailələri bu daşdan mənfi enerjilərdən qorunmaq, zehni sakitləşmək və intuisiyanı gücləndirmək üçün istifadə ediblər. Mavi sapfirin insanı sağaltdığına və yuxusuzluğa yaxşı təsir etdiyinə inanılır. Ondan həmçinin uzun müddət göz infeksiyalarını müalicə etmək və görmə qabiliyyətini yaxşılaşdırmaq üçün də istifadə edilib.

Saphirin insan psixologiyasına təsirləri də maraqlıdır. Belə ki, onun insanı psixi əzabdan xilas etdiyinə, depressiyanı aradan qaldırdığına, əhval-ruhiyyəni yaxşılaşdırdığına inanılır.
Günümüzdə sapfir romantik daşa çevirlib və tez-tez nişan üzüklərində istifadə olunur.