Gözəl görünmək üçün moda qaydalarına əməl etmək vacibdir.
Maya.news-un təqdim etdiyi bu 5 dəb qaydası sizin stil ikonası kimi görünmənizə kömək edəcək:
Trendləri unudun
Hər şeydən əvvəl sizə deyilən və ya reklamlarda gördüyünüz hər şeyi etməyə çalışmayın. Özünüzü bəyəndiyiniz tərzi müəyyənləşdirin və ilk öncə özünüzə xoş gəlmək üçün geyinin. Unutmayın ki, moda və geyim üslubu anlayışları bir-birindən fərqlidir.
Bədən quruluşunuza uyğun geyinin
Ətrafda bədən ölçülərinə uyğun geyinməyənlər çoxdur. Mini yubkalar və ya dar cins şalvarlar dəbdə ola bilər. Ancaq onları dəbdə olduğu üçün geyinməməlisiniz. Geyimi əyninizdə yoxlayarkən onun sizin ölçülərinizə uyğunluğuna diqqət edin.
Qarderob klassikləri
Sadə köynəklər, müxtəlif kəsimli cins şalvarlar, dəri gödəkçələr ən çox geyinilən geyimlərdir. Bu geyimlərin bir neçə modelinin qarderobunuzda olmasına çalışın.
Hər zaman tərz görünməyə ehtiyac yoxdur
Sizdən hər zaman dəbli görünməyinizi istəyəcəklər. Ancaq siz buna məcbur deyilsiniz. Bəzi günlərdə sadə bir cins şalvar və ağ rəngli köynəklə belə özünüzü xoşbəxt və rahat hiss etməlisiniz.
Sadəliyi seçin
Həddən çox rəngin olduğu geyimlərdən uzaq durun. Bu geyimlər həm tərzinizi mürəkkəbləşdirəcək, həm də sizi gülməli hala salacaq. Əgər üzərinizdə dəbdəbəli bir geyim və ya aksesuar varsa, digər geyimləri sadə seçin.