spot_img
Ana səhifəMODAGEYİMNə baş verib ki, insanlar paltar geyiniblər

Nə baş verib ki, insanlar paltar geyiniblər

spot_img

İnsanın paltar geyinməyə başlaması ilə bitlər arasında xüsusi bir əlaqə var.

Maya.news xəbər verir ki, insanlar ilk dəfə bitlərdən qorunmaq üçün paltar geyiniblər.

Çünki bitlər insan bədəninin bütün nahiyələrində yaşayır və onu narahat edirdi.

İnsanın geyindiyi ilk paltarın isə ayı dərisi olduğu düşünülür.

Belə ki, Almaniyanın Şöningen bölgəsində tapılan ayı sümükləri üzərindəki izlər Heydelberq insanının təxminən 300 000 il əvvəl isinmək üçün ayı dərisi geyindiyini üzə çıxarıb. Alimlər ayının qabırğa, əl, ayaq və baş sümüklərindəki kəsici alət izlərini tədqiq edərək ondan soyulan dərinin geyim üçün istifadə edildiyi qənaətinə gəliblər.

İlk insanların paltar geyinməsi
FJ6E14 Neanderthal hunter in the Gallo-Romeins / Gallo Roman Museum, Tongeren, Belgium

Tarix boyu müxtəlif insan nəsilləri paltar geyinməyə başlayıb və dayandırıblar. Məsələn 12 000- 32 000 il əvvəl buz dövrünün sonlarında Tasmaniyadakı aborigenlər soyuqdan qorunmaq üçün mağaralara çəkiliblər. Bu mağaralarda aparılan arxeoloji qazıntılar nəticəsində heyvan dərilərini soymaq üçün kəsici alətlər və tikiş prosesində istifadə edilən sümük iynələr aşkarlanıb.

İnsanlar növbəti dəfə daha mürəkkəb quruluşlu paltarlar geyinməyə isə biz alətini icad edəndən sonra başlayıblar. Alt paltarı kimi daha xüsusi geyimlər isə bugünkü iynələrin icadı ilə ortaya çıxıb.