Svandinavların özlərinə xas geyim tərzləri var.
Maya.news Skandinav ölkələrinin moda tərzləri ilə bağlı bir neçə vacib detalı təqdim edir:
Böyük çantalar
Böyük əl çantaları, xüsusən də dəri çantalar Skandinaviya qadınları üçün əvəzolunmazdır. Bir çox gündəlik əşyanı daşımaq üçün ideal olan bu çantalar həm də dözümlüdür.

Yun şallar
Havaların soyuq keçdiyi bu bölgədə qadınlar şərf, yaylıq və şallardan istifadə edirlər. Bu aksesuarlar adətən yundan hazırlanır və insanı isti saxlayır. Skandinav qadınları dəbdəbədən uzaq sadə rəngli şallara üstünlük verirlər.

Yun sviterlər
Şal və şərflərdə olduğu kimi Skandinav qadınları sviterlərdə də yun parçaya üstünlük verirlər. Bu tərz “kapsul qarderob” düşüncəsinə malik insanlar üçün idealdır.

Gen şalvarlar
Dar şalvardan uzaqlaşdığımız dövrün yeni trendi gen şalvarlardır. Skandinav qadınları da gündəlik həyatlarında geniş kəsimli parça şalvarlara üstünlük verirlər. Bu şalvarlar idman ayaqqabılarından dikdaban ayaqqabılara qədər bir çox aksesuarlarla birləşdirilə bilir.

Uzun paltolar
Rahatlığa əsaslanan Skandinaviya üslubunun ən xüsusi detallarından biri də uzun və gen paltolardır. Xüsusilə son vaxtlar boz rəngli paltolar daha çox sevilir.
