spot_img
Ana səhifəMODAAKSESUARÇətirlərin qeyri-adi tarixi

Çətirlərin qeyri-adi tarixi

spot_img

Çətirlər sadəcə qorunma vasitəsi deyil, onlar 3 min illik qeyri-adi tarixə malikdirlər

Maya.news xəbər verir ki, tarixin müxtəlif dövlərində çətirlər gözəllik, zəriflik və güc simvolu kimi müxtəlif mədəniyyətlərində özünə yer tapıb.

Çətirdən istifadənin ən qədim faktlarına Qədim Misir, Mesopotamiya və Çində rast gəlinir. Misirdə çətirdən zadəganlar və kahinlər istifadə ediblər. Bu dövrdə çətirlər status simvolu kimi görülürdü. Yəni adi insanlar ondan istifadə edə bilmirdilər.

Qeyri-adi tarixə malik çətirlər

Qədim Mesopotamiyada isə çətirlər kral ailəsinin və ruhanilərin gücünü simvolizə edib. Qədim Misir və Mesopotamiyadan fərqli olaraq Çində aşağı sosial təbəqədən olan insanlar da çətirlərdən istifadə ediblər. Sadəcə onların çətirləri yüksək təbəqəninkindən fərqli rəngdə hazırlanıb. Çinlilər qırmızı rəngli çətirlərin şans gətirdiyinə və neqativ enerjini uzaqlaşdırdığına inanıblar.

Müasir çətirlərin tarixi isə 18-ci əsrdə yaşamış Conas Hanveyin adı ilə bağlıdır. Belə ki, o, hazırladığı müasir dizaynlarla çətiri həm kişilərin, həm də qadınların istifadə edə biləcəyi aksesuar kimi populyarlaşdırıb.