spot_img
Ana səhifəMODATREND"Səssiz lüks" trendi nədir?

“Səssiz lüks” trendi nədir?

spot_img

Son dövrlər moda dünyasında “quiet luxury”, yəni “səssiz lüks” trendi populyarlıq qazanmaqdadır.

Maya.news xəbər verir ki, bu trend adından da göründüyü kimi bahalı ancaq göstərişli olmayan geyim tərzidir.

Bu tərzdə geyinən xanımlar keyfiyyətli və minimalist geyimlərə üstünlük verirlər. Bu geyimlərin üzərində məşhur brendlərin logoları əks olunmur və ya loqo ölçüsü kiçik olduğu üçün diqqət çəkmir. Əsas diqqət çəkən detal isə geyimin şarmı və parçasıdır.

Səssiz lüks geyim tərzi

“Səssiz lüks” 2023-cü ildən etibarən dünyada məşhurluq qazanmağa başlayıb. Onun populyarlaşmasına əsas səbəb isə bir sıra məşhur serial qəhrəmanlarının həm kamera önündə, həm də şəxsi həyatlarında bu tərzə üstünlük vermələridir.

Səssiz lüks trendi

“Səssiz lüks”lə “göstərişli lüks” eyni dərəcədə keyfiyyətli və bahalı olsalar da, aralarında fəlsəfi və estetik fərqliliklər də var.  Hazırda “Səssiz lüks” “göstərişli lüks”lə rəqabət aparacaq gücdə deyil. Çünki məşhur brendlərdən geyim almaq hələ də insanların sosial statuslarının göstəricisi hesab olunur. Bu səbəbdən bir qrup insan geyimlərində brend loqolarının görünməsinə xüsusi diqqət edirlər.