spot_img
Ana səhifəSAĞLAM HƏYATPSİXOLOGİYABir insanı və ya hadisəni tamamilə unutmaq mümkündür?

Bir insanı və ya hadisəni tamamilə unutmaq mümkündür?

spot_img

Yəqin ki, aramızda keçmiş sevgilisini və ya yaşadığı hər hansısa bir hadisəni unutmayan və ya unuda bilməyən insanlar var. Bəs bir insanı və ya bir hadisəni tamamilə unutmaq mümkündür?

Maya.news xəbər verir ki, sevgi, qorxu kimi vərdişə çevrilmiş fəaliyyətlər beynin amiqdala adlanan hissəsində, görüş tarixi, əşya adları kimi şüurlu şəkildə yadda qalan məlumatlar isə hipokampusda saxlanılır.

Məlumatlar yaddaşda əvvəlcə qısamüddətli şəkildə formalaşır. Bu xatirələr təkrar yaşandıqda və ya xatırlandıqda isə möhkəmlənir və uzunmüddətliyə çevrilir.

Beyin xatirələri yalnız bir predmentlə deyil, hadisənin baş verdiyi bütün detallarla saxlayır. Bu səbəbdən qoxu, görüntü və ya səs hər hansı bir xatirəmizin tətiklənməsinə səbəb ola bilir.

Bir insanı və ya bir hadisəni tamamilə unutmaq mümkün olmasa da, beyinlə bağlı aparılan son tədqiqatlar göstərir ki, müxtəlif üsullarla yaddaşda qalan xatirələri dəyişdirmək və ya zəiflətmək mümkündür. Bu üsullardan biri yaddaşımızda ilişib qalan detallardan qurtulmaqdır. Sizə nəyisə xatırladan musiqidən, qoxudan, filmdən və s. detallardan uzaq durmaqla xatirənin gücünü azalda bilərsiniz.

Digər üsul isə xatirələri dəyişdirməkdir. Məsələn, yaddaşımızda ilişib qalan qırmızı rəngi yaşıl rəng olaraq xatırlamağa başlasaq, qırmızı rəngi zamanla zehnimizdən silə bilərik. Bu proses çətin olsa da, işə yarayır.