spot_img
Ana səhifəSAĞLAM HƏYATDİETA2050-ci ildə əhalinin yarıdan çoxu obezlikdən əziyyət çəkəcək

2050-ci ildə əhalinin yarıdan çoxu obezlikdən əziyyət çəkəcək

spot_img

2050-ci ildə dünya əhalisinin yarısının, uşaq və gənclərin isə üçdə birinin həddən artıq çəkidən və ya obezlikdən əziyyət çəkəcəyi təxmin edilir.

Maya.news xəbər verir ki, bu barədə “Lancet” dərgisində məqalə yayımlanıb.

Tədqiqatçılar 200-dən artıq ölkədən əldə etdikləri sağlamlıq göstəriciləri əsasında bu proqnozu veriblər.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı həddən artıq çəki və obezlik terminlərini bir-birindən ayırır.

Belə ki, “həddən artıq çəki” termini bədəndə həddən artıq yağlanmanı, “obezlik” isə bədənin yağ kütləsinin yağsız kütləyə nisbətdə həddən artıq artması nəticəsində boy uzunluğuna görə bədən ağırlığının arzulanan səviyyəni keçməsini bildirir.

Mütəxəssislər 2050-ci ildə həddən artıq çəkili və obezlik göstəricisinin kişilər arasında 57,4%-ə, qadınlar arasında isə 60,3%-ə çatacağını proqnozlaşdırırlar.

Həmçinin 2050-ci ildə dünyada obezlikdən əziyyət çəkən gənclərin sayının 360 milyondan çox olacağı gözlənilir.

Obezliyin ən geniş yayılacağı ölkələr isə ABŞ, Hindistan və Çin olacaq.