spot_img
Ana səhifəİDMANFit bədənə necə sahib olmaq olar?

Fit bədənə necə sahib olmaq olar?

spot_img

Fit bədənə və düz qarına sahib olmaq bizim dövrdə yəqin ki, hər kəsin arzusudur. Bəs bu arzunu necə reallaşdırmaq olar?

Maya.news fit və sağlam bədənə sahib olmağın bir neçə üsulunu təqdim edir:

Yatmazdan əvvəl yeməyi dayandırın

Yatmazdan 3 saat əvvəl yemək yemək düzgün deyil. Sudan başqa heç bir qidanı istehlak etməməlisiniz.

Porsiyaları azaldın

Bir çox insan sağlıqsız qidalanma ilə yanaşı, həddindən çox yeyir. Yalnızca doyduğunuz qədər yeməlisiniz. Porsiyaları zamanla azaltsanız, doyduğunuzu daha tez hiss edəcəksiniz.

Fit bədənə sahib olmaq üsulları

Qida rasionunuzdan şəkəri çıxarın

Şəkərin kilo almağa və aclığa səbəb olduğuna dair sübutlar mövcuddur. Bu səbəbdən şəkəri qida rasionunuzdan çıxarmalı, bunu bacarmasanız, onun miqdarını minimuma endirməlisiniz.

Çay və qəhvə istehlakını məhdudlaşdırın

Çay və qəhvə həddindən artıq istehlak edildikdə zərərli təsirləri ön plana çıxır. Bu səbəbdən çay və ya qəhvə gündə 2-3 stəkandan çox içilməməlidir.

Çox su için

Müntəzəm olaraq içdiyiniz bütün içkiləri su ilə əvəzləyin. Çalışın gündə 2-3 litr su içəsiniz.