İtalyanların qida rasionunda makaron və pizza üstünlük təşkil etsə də, onlar kökəlmirlər. Bunun səbəbi haqda heç düşünmüsünüz?
Maya.news xəbər verir ki, italyanların bol miqdarda makaron və ya pizza yeyib çəki almamalarının bir çox səbəbi var.
Dietik qidalanmaya üstünlük verən şəxslər bilirlər ki, əsasını un təşkil edən bu tip qidalar karbohidratlarla zəngin olurlar.
İtalyanların kökəlməməsinin isə əsas səbəblərindən biri un seçiminə xüsusi yanaşmalarıdır.
Belə ki, onlar tərkibində qlüten miqdarının az olduğu və xırda üyüdülmüş unlara üstünlük verirlər. Bu undan bişirilən qidalar ağırlaşmır və yüngül həzm olunur. Onun tərkibində olan qlütenin miqdarında isə heç bir dəyişiklik baş vermir.
İtalyanlar həmçinin makaronu çox qaynatmadan, ideal hesab etdikləri səviyyədə bişirirlər.
Təəssüf ki, ölkəmizdə olan restoranların bir çoxunda isə makaron xəmirə çevrilənədək qaynadılır.
İtalyanların mətbəx sirrlərindən biri isə ev üsulu hazırlanan konservlərdən və təzə məhsullardan istifadə etmələridir. Onlar qida rasionlarından emal olunmuş qidaları çıxarmağı bacarırlar.
Evdə və ya restoranda fərq etmir, qidalanma zamanı kiçik porsiyalara üstünlük verirlər. Eyni zamanda yeməyi yavaş-yavaş yeyirlər ki, bu da toxluq hissinin yaranmasında xüsusi rol oynayır.