Qarın piylərinin əmələ gəlməsinə oturaq həyat tərzi, yaşlanma, yüksək kalorili qidalanma, stress və genetik faktorlar səbəb olur.
Maya.news xəbər verir ki, göbək piylərini sürətlli şəkildə əritmək mümkün deyil. Ancaq videoda sadalayacağımız müxtəlif üsulları birlikdə tətbiq edərək piylənmədən xilas ola bilərsiniz.
İdman etmə
Mütəmadi idman etmək əzələ kütləsini artırır və orqanizmin daha çox kalori yandırmasına səbəb olur. Mütəxəssislər həftədə ən azı 2 gün məşq etməyi tövsiyə edirlər.
Bitkilərlə qidalanma
Bitki əsaslı pəhrizlər qarın yağını yandırmağa kömək edir. Belə ki, meyvə və tərəvəzlərdən ibarət bu pəhrizlərin tərkibi polifenol adlı antioksidantlarla zəngindir.
Yağlardan qədərində istifadə
Yağlar bədəni zülal və karbohidratlardan daha çox enerji ilə təmin edir. Bu isə kalori qəbulunu artırır və çəki artımına səbəb olur. Gündəlik kalori ehtiyacının 28 faizdən azını yağlardan əldə etmək daha uyğundur.
Stressi azaltma
Stress hormonu olan kortizol bədəndə yağ miqdarını artırır və mövcud yağ hüceyrələrini böyüdür.
Kifayət qədər yatma
2018-ci ildə aparılan tədqiqata görə 7 saatdan az yatan insanlarda piylənmə riski çox yatanlara nisbəyən daha yüksəkdir.
Spirtli içkidən imtina
Spirtli içiklər göbək yağının yaranmasını dəstəkləyir. Bu səbəbdən qida rasionunda spirtli içki miqdarını minimuma endirmək lazımdır.