MAQNUS KARLSEN ƏSRİN ƏN YAXŞI QROSMEYSTERİ OLDU

Beynəlxalq Şahmat Federasiyası (FIDE) əsrin ən yaxşı qrosmeysterinin adını açıqlayıb.

Beynəlxalq Şahmat Federasiyası (FIDE) əsrin ən yaxşı qrosmeysterinin adını açıqlayıb.

Maya.news xəbər verir ki, bu ada norveçli Maqnus Karlsen layiq görülüb.

Hazırda 33 yaşı olan Karlsen Beynəlxalq Şahmat Federasiyasının reytinq cədvəlində 1-ci yerdədir. O, 2013-cü ildə klassik şahmat üzrə dünya çempionu olub və bu titulu dörd dəfə qorumağı bacarıb.

Qeyd edək ki, qrosmeyster 2022-ci ildə ardıcıl ikinci dəfə rusiyalı Yan Nepomnyaşiy ilə görüşməli olduğu dünya şahmat tacı uğrunda görüşdən imtina edib və dünya çempionu titulundan məhrum edilib.