Keçmiş dünya çempionu və şahmat üzrə dünya reytinqinin lideri Maqnus Karlsen 14 yaşlı rusiyalı şahmatçı David Əhmədova məğlub olub.
Maya.news xəbər verir ki, “Title Tuesday” adlı onlayn turnir çərçivəsində keçirilən bu görüş şahmat ictimaiyyətində böyük rezonans doğurub.
Yarışın ikinci raundunda David Əhmədov ağ fiqurlarla oynayıb və keçmiş dünya çempionu Maqnus Karlsenə qarşı üstün oyun nümayiş etdirərək qələbə qazanıb.
Bu məğlubiyyət şahmat dünyasında böyük sürpriz kimi qiymətləndirilir, çünki Karlsenin reytinqi 2831, Əhmədovun isə 2368-dir.
Bu qədər böyük fərqə baxmayaraq, gənc şahmatçı dünya reytinq liderini məğlub etməyi bacarıb.
