Alimlər beyin üçün yalan danışmağın yoxsa doğrunu deməyin daha çətin olduğunu araşdırıblar.
Maya.news xəbər verir ki, tədqiqat nəticəsində məlum olub ki, beyin yalan danışmaq üçün doğrunu deməkdən daha çox səy göstərir.
Belə ki, insan yalan danışdığı zaman beyin daha güclü koqnitiv nəzarət yaradır.
Həmin anda beyində N2 və MFN adı verilən siqnalların daha güclü olduğu müşahidə edilib.
Bu da beyinin yalan danışarkən daha çox və gərgin işlədiyini göstərir.