Qadınların tövsiyələri daha uğurlu qərarlar qəbul etməyə kömək edir.
Maya.news xəbər verir ki, bu barədə “Harvard Business Review”da məqalə dərc edilib.
Bildirilir ki, sosioloqların apardıqları son tədqiqatlar görə, qadınlardan məsləhət alan kişilər iqtisadi və şəxsi mövzularda daha uğurlu qərarlar qəbul edirlər.
Çünki qadınlar qərar qəbul edərkən kişilərdən fərqli olaraq daha çox faktoru nəzərə alır, riskləri fərqli şəkildə qiymətləndirir və uzunmüddətli uğura istiqamətlənirlər.