İnsanların özlərini ən yaxşı və ən pis hiss etdikləri vaxtlar açıqlanıb.
Maya.news xəbər verir ki, bu barədə “BMJ Mental Health” dərgisində məqalə yayımlanıb.
Bildirilir ki, London Universitet Kollecinin tədqiqatçılarına görə, insanlar səhər saatlarında özlərini günün digər saatları ilə müqayisədə daha yaxşı hiss edirlər.
Sorğu iştirakçıları gecə saatlarında isə özlərini daha pis hiss etdiklərini vurğulayıblar.
Tədqiqatçılar bu qənaətə gəlmək üçün iki il ərzində təxminən 50 000 insandan toplanan 1 milyon məlumatı tədqiq ediblər.
Həmçinin məlum olub ki, insanların xoşbəxtlik hissinin yuxarı olduğu günlər bazarertəsi və cümədir.