Axşamlar səhv qərar vermə ehtimalı səhərlərlə müqayisədə daha yüksəkdir.
Maya.news xəbər verir ki, bu barədə “Science Direct” dərgisində məqalə yayımlanıb.
Aparılan tədqiqata görə, insanlar səhər saatlarında qərarları daha ləng qəbul edirlər.
Ancaq bu qərarlarda doğruluq payı daha çox olur.
Axşam saatlarında isə qərarlar daha tez qəbul edilir və bu qərarların böyük əksəriyyəti səhv qərarlardır.
Tədqiqatçıların bunun səbəbini səhər saatlarında kortizol hormonunun ifraz səviyyəsinin daha yüksək olması ilə izah edirlər.