Bir çox gündəlik vərdişlərimizin kökləri qədim inanclara və mədəniyyətlərə dayanır.
Maya.news insanlar arasında ən çox yayılan vərdişlərin yaranma hekayəsini təqdim edir:
Əl sıxmaq
Orta əsrlərdə silahsız olduğunu göstərmək üçün insanlar əl sıxırdılar. Hazırda isə bu hərəkət salamlaşma və razılaşma mənasını verir.
Əsnəyərkən ağzı əllə bağlamaq
Orta əsrlərdə insanlar əsnədiklərində ruhlarının bədənlərindən çıxacağına inanırdılar. Bu səbəbdən ağızlarını əllə bağlayırdılar. Hazırda isə bu hərəkət nəzakət və gigiyena göstəricisidir.
Ulduz düşəndə arzu tutmaq
Qədimdə insanlar ulduz düşməsini tanrıların dünyanı izləməsi ilə əlaqələndirirdilər. Həmin anda tanrıların diqqətini çəkmək üçün arzu tuturdular.
Doğum günündə şam üfürmək
Qədim Yunanıstanda Ay ilahəsi Artemis üçün təşkil olunan mərasimlərdə tortların üzərinə şam düzülürdü. Şam tüstüsünün arzuları tanrılara daha tez çatdırdığına inanılırdı.
Ayna qırmağın uğursuzluğuna inanmaq
Qədim romalılar aynaların insan ruhunu əks etdirdiyinə inanırdılar. Bu səbəbdən ayna qırmaq ruha zərər vermək mənasını verirdi.
Qapı ağzında durmamaq
Qapının ağzı Orta Asiyada müqəddəs qəbul edilən bir sərhəd olub. Ruhların evin içinə girib-çıxdığı yer hesab olunurdu. Günümüzdə də qapı ağzında durmağın və ya oturmağın bədbəxtlik gətirdiyinə inanılır.
Gecə dırnaq kəsməmək
Elektrikin icadından əvvəl gecə qaranlıqda dırnaq kəsmək yaralanmalara səbəb olurdu. Daha sonralar isə bu batil inanca çevrilərək dövrümüzə qədər gəlib çıxıb.