Yeni bir araşdırma nəticəsində məlum olub ki, güclü yaddaş üçün anı yaşamaq vacibdir.
Maya.news xəbər verir ki, beynimizin hipokampus adlanan hissəsi yaddaşın idarə edilməsində mühüm rol oynayır.
Hipokampusda aşkar edilən “kəskin dalğalanma” fəaliyyəti buradakı neyronların 15%-nin eyni vaxtda hərəkətə keçirir. Bu fəaliyyət adətən yuxuda olarkən, xatirələrin uzunmüddətli yaddaşa köçürüldüyü zaman baş verir.
Yeni araşdırmalar göstərir ki, eyni fəaliyyət həm də xatirələr formalaşdıqdan dərhal sonra, yəni xatirə yarandığı gündə də baş verir. Beynin bu “kəskin dalğalanma” adlandırılan fəaliyyətləri nə qədər çox olarsa, xatirələr yadımızda o qədər uzun müddət qala bilir.
Buradan çıxan nəticə odur ki, başınıza gələn yaxşı bir şeyi unutmaq istəmirsinizsə, bu hadisəni yaşadıqdan dərhal sonra sosial mediada paylaşım etməməlisiniz. Və ya dostlarınıza bu barədə danışmamalısınız. Ümumiyyətlə yaddaşınızda uzun müddət saxlamaq istədiyiniz hadisələr baş verdikdən sonra heç nə etməməlisiniz. Edəcəyiniz ən yaxşı şey sakit bir yerdə oturmaq və anı yaşamaq olmalıdır. Bu zaman sizin beyniniz xatirəni uzunmüddətli saxlamaq üçün fəaliyyətə başlayacaq.