Yuxuda mobil telefon görmək demək olar ki, mümkün deyil.
Maya.news xəbər verir ki, Vyanada Şüur və Yuxu Tədqiqatı İnstitutu 16 000-dən çox insan üzərində apardığı tədqiqat nəticəsində bu qənaətə gəlib.
Tədqiqatda iştirak edən insanlar arasında aparılan sorğular nəticəsində məlum olub ki, heç bir iştirakçı yuxuda texnoloji cihazlar, xüsusilə də ağıllı telefonlar görməyib.
İnsanların yuxuda mobil telefon görməmələrinin isə 3 əsas səbəbi var:
- Yuxuların funksiyası
Yuxular insanları real həyatda qarşılaşa biləcəkləri təhlükələrə hazırlamaq üçün mövcuddur. Mobil telefonlar isə təhlükə yaratmadığı üçün yuxularımızda yer almır. - Hisslərə xitab etməməsi
Telefon istifadə etmək toxunma, qoxu və digər duyğulara kifayət qədər təsir etmədiyi üçün beyin bu cihazları yuxuda canlandırmaqda çətinlik çəkir. - Beynin mürəkkəbliyi
Yuxuda telefonla danışmaq və ya mesaj yazmaq beyin üçün olduqca mürəkkəb prosesdir. Bu səbəbdən insan bu cür yuxular görə bilmir.