spot_img
Ana səhifəSAĞLAM HƏYATQİDALANMAAdını insanlardan alan 4 məşhur yemək

Adını insanlardan alan 4 məşhur yemək

spot_img

Tarixdə bir çox yemək öz mucidlərinin adını daşıyır.
Maya.news insan adı ilə adlandırılan ən məşhur 4 yeməyi təqdim edir:

1. Tarte Tatin

Fransız mənşəli bu desert 1880-ci ildə Stefani Tatin tərəfindən təsadüfən hazırlanıb. O, almalı piroq hazırlayarkən bu məşhur desert ortaya çıxıb.

 Tarte Tatin

2. Alfredo Fettuccine

1908-ci ildə İtaliyalı aşpaz Alfredo Di Lelio həyat yoldaşının doğuşdan sonra gücünü bərpa etməsi üçün bol kərə yağı, parmesan pendiri və fettuccine makaronundan ibarət yemək hazırlayır. Yemək böyük maraqla qarşılanır və cütlüyün işlədiyi restoranın menyusuna daxil edilir.

Alfredo Fettuccine

3. Sezar Salatı

Sezar salatı İtaliyadan ABŞ-yə köç edən Caesar Cardini tərəfindən icad edilib. Bu salat ilk dəfə təqdim edildiyi gündən etibarən mucidinin adını daşıyır.

Sezar Salatı

4. İskəndər Kebabı

Türkiyənin Bursa şəhərindən olan İskəndər Efendi 19-cu əsrdə quzu ətini nazik dilimləyərək daha tez bişirmək ideyasını həyata keçirir. İlk olaraq “Dönər Kabab” kimi tanınan bu yemək daha sonra onun adı ilə “İskəndər” adlandırılır.

İskəndər Kebabı