Gündəlik həyatımızda mütəmadi istifadə etdiyimiz birdəfəlik istifadəli paket çaylar təsadüf nəticəsində yaranıb.
Maya.news xəbər verir ki, bu təsadüfi ixtiranın müəllifi isə Nyu-yorklu çay taciri Tomas Sallivandır.
Belə ki, o, 1908-ci ildə potensial müştərilərə çayları dequstasiya edə bilmələri üçün nümunələr göndərməyə qərar verib.
Tomas qənaət etmək üçün çay nümunələrini qutulara deyil, kiçik ipək torbalara qoyaraq göndərib. Ancaq müştərilər vəziyyəti fərqli başa düşüblər. Belə ki, onlar hər hansı bir təlimat olmadan içərisində çay olan kiçik torbaları qaynar suya salaraq içiblər. Məhz bu müştərilər daha sonra Sallivana çay dəmləmək üçün ipək torbaların uyğun olmadığını bildirib, ona (cunadan) istifadə etməyi məsləhət görüblər.
Çayın kiçik paketlərdə istehsalı isə 1920-ci ildən etibarən başlayıb. Sonrakı illərdə isə dəmlənən çay paketlərini fincandan çıxarmaq üçün ona ip də əlavə edilib.