spot_img
Ana səhifəSAĞLAM HƏYATQİDALANMA"Coca-Cola"nın tərkibində xərçəng yaradan maddə aşkarlandı – Məhsullar geri çağırıldı

“Coca-Cola”nın tərkibində xərçəng yaradan maddə aşkarlandı – Məhsullar geri çağırıldı

spot_img

Dünyanın ən məşhur qazlı içki brendlərindən biri olan “Coca-Cola” Avropanın bir neçə ölkəsində istehsal olunan məhsullarını geri çağırıb.

Maya.news xarici mediaya istinadən xəbər verir ki, geri çağırılmanın əsas səbəbi içkilərin tərkibində xərçəng yaradan xloratların normadan artıq miqdarda olmasıdır.

Geri çağırılan məhsullar və ölkələr

Geri çağırılan içkilər aşağıdakılardır:

  • Coca-Cola
  • Fanta
  • Sprite
  • Fuse Tea
  • Nalu
  • Minute Maid
  • Tropico
  • Royal Bliss

Bu məhsullar “328 GE-338 GE” istehsal kodu ilə bazara çıxarılıb və aşağıdakı ölkələrdə satışdan geri çağırılıb:

Belçika
Böyük Britaniya
Lüksemburq
Niderland
Fransa
Almaniya

Xloratın insan sağlamlığına təsiri

Mütəxəssislərin bildirdiyinə görə, qazlı içkilərdə xloratın normadan artıq olması ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Bunlar arasında:

⚠️ Oksigen çatışmazlığı
⚠️ Böyrək çatışmazlığı
⚠️ Xərçəng riskinin artması
⚠️ Mədə-bağırsaq problemləri

yer alır.

Mütəxəssislər istehlakçılara geri çağırılan məhsulları istifadə etməməyi tövsiyə edirlər.