spot_img
Ana səhifəSAĞLAM HƏYATQİDALANMAHər gün çörək yesək, nə olar?

Hər gün çörək yesək, nə olar?

spot_img

Çörək xalqımızın qida rasionunda əvəzolunmaz məhsullardan biridir. Bəs hər gün çörək yedikdə orqanizmimizdə hansı dəyişikliklər baş verir?

Maya.news xəbər verir ki, çörəyin orqanizmə təsiri onun növlərinə görə dəyişir.

Məsələn, hər gün ağ çörək yemək qan şəkərinin səviyyəsini yüksəldir. Yüksələn qan şəkəri qısa müddət sonra aşağı enir ki, nəticədə insan özünü yorğun hiss etməyə başlayır.

Həmçinin aparılan tədqiqatlar ağ çörəyin mütəmadi yeyilməsinin şəkərli diabet, ürək-damar xəstəlikləri və piylənmə riskini artırdığını üzə çıxarıb.

Ağ çörək istehsal edildiyi zaman kəpək və toxum kimi qida dəyəri yüksək hissələrdən təmizləndiyinə görə, onun tərkibində sağlamlıq üçün faydalı liflərin, vitaminlərin və mineralların miqdarı da azalmış olur.

Bu da mütəmadi ağ çörəklə qidalanan insanların müxtəlif vacib qida maddələrindən məhrum qalması deməkdir.

Qara çörəklərin həzmi insan orqanizmində daha yavaş baş verdiyi səbəbindən sağlamlıq və dieta dostu hesab olunur. Onun tərkibi həm liflər, həm də karbohidratlarla zəngindir. Nəticədə o qan şəkərinin səviyyəsini balanslı saxlayır. Qara çörəklə qidalanan insanlar uzun müddət özlərini tox hiss edirlər. Bu isə daha çox yeməyin qarşısını alır.