Qida mütəxəssislərinə görə, gələcəyin ən populyar qidası hamam böcəyi südü olacaq.
Maya.news xəbər verir ki, bu barədə Beynəlxalq Kristaloqrafiya Birliyi dərgisində məqalə yayımlanıb.
Mütəxəssislər dişi hamam böcəklərinin yeni doğulan nəsili bəslədikləri südə bənzər mayeni tədqiq ediblər.
Bu maye ilə qidalanan hamam böcəyi balalarının mədələrində kristallaşma müşahidə edilib.
Məlum olub ki, hamam böcəyi südü inək südündən 3 dəfə daha çox qida dəyərinə malikdir.
Hamam böcəyi südünün tərkibi hüceyrələrin böyüməsini və bərpasını dəstəkləyən zülallar, amin turşuları və şəkərlə zəngindir.
Hazırda alimlər hamam böcəyi südünün insan orqanizmi üçün faydalı olub-olmaması mövzusu üzərində iş aparırlar.