“Lay’s”in istehsal etdiyi kartof çipslərində ölümcül allergik reaksiyaya səbəb olan maddələr aşkarlanıb.
Maya.news bu səbəbdən şirkət ABŞ bazarı üçün istehsal olunan çipsləri geri çağırıb.
ABŞ Qida və Dərman İdarəsi (FDA) bəyan edib ki, çipslər etiketində göstərilməyən süd tərkibli komponentlərin olması səbəbindən ən yüksək – “I sinif” risk səviyyəsindədir.
Bu isə o deməkdir ki, çipslər təhlükə yaradan allergik reaksiyalara səbəb ola bilər.
Xatırladaq ki, bir müddət əvvəl “Coca-Cola” da tərkibində xloratların miqdarının həddindən artıq olması səbəbindən Avropanın 6 ölkəsində məhsullarını geri çağırmışdı.