spot_img
Ana səhifəSAĞLAM HƏYATQİDALANMADiqqət! Pizzanı heç vaxt qutusunda yeməyin

Diqqət! Pizzanı heç vaxt qutusunda yeməyin

spot_img

Almaniyada qida mütəxəssisləri əhaliyə sifatiş etdikləri pizzaları qutularında yeməməyi tövsiyə ediblər.

Maya.news xəbər verir ki, buna səbəb pizza qutularında kanserogen maddələrin aşkar olunmasıdır.

Belə ki, mütəxəssilər tədqiq etdikləri hər 10 pizza qutusunun 9-da Bisphenol A, 8-də isə Bisphenol S kimyəvi birləşmələrinə rast gəliblər.

Mütəxəssislər pizza sifariş edildiyi zaman onu qısa müddət ərzində qutudan çıxarıb boşqaba qoymağın vacibliyini vurğulayıblar.

Qeyd edək ki, Bisfenol A (BPA) əsasən müxtəlif plastiklərin istehsalında istifadə edilən kimyəvi birləşmədir.