spot_img
Ana səhifəSAĞLAM HƏYATQİDALANMASəhərlər ac qarına qəhvə içmək yuxusuzluğa və gərginliyə səbəb olur

Səhərlər ac qarına qəhvə içmək yuxusuzluğa və gərginliyə səbəb olur

spot_img

Aparılan son tədqiqatlar səhərlər ac qarına qəhvə içməyin qan şəkəri balansını pozduğunu üzə çıxarıb.

Maya.news xəbər verir ki, bu barədə “Journal of Nutrition” dərgisində məqalə yayımlanıb.

Tədqiqat zamanı qəhvə içməzdən əvvəl səhər yeməyi yeyən insanların qan şəkərində artışa rast gəlinməyib.

Qan şəkərində və stress hormonu olan kortizolun miqdarında artışın olması isə insan bədənini stressdə saxlayır.

Mütəxəssislər gecə ərzində susuz qalan orqanizmə ilk olaraq minerallarla zəngin içkilər içməyi tövsiyə edirlər.