spot_img
Ana səhifəSAĞLAM HƏYATQİDALANMASağlamlığınız üçün bu yağlardan istifadə edin

Sağlamlığınız üçün bu yağlardan istifadə edin

spot_img

Yağ bir yeməyin tərkibində ən çox diqqət etməli olduğumuz məhsuldur desək, yanılmarıq. Bəs yemək hazırlayarkən hansı yağlara üstünlük verməliyik?

Maya.news sağlamlığımız üçün mütəxəssislər tərəfindən ən çox tövsiyə edilən yağları təqdim edir:

Zeytun yağı

Aparılan tədqiqatlar göstərir ki, bu yağın tərkibindəki komponentlər “Alzheimer” xəstəliyinə qarşı mübarizədə effektivdir. Gündə 4 xörək qaşığı zeytun yağı istifadə etməklə xolestrol miqdarını nizamlamaq mümkündür. Həmçinin zeytun yağı ürək-damar, tənəffüs yolu xəstəlikləri və xərçəngdən ölüm riskini azaldır.

Kətan yağı

Mədə-bağırsaq sistemi üçün xüsusilə faydalıdır. Artrit əlamətlərini azaltmağa kömək edir. Bu yağın tərkibində sağlamlığımız üçün vacib komponentlərdən olan omeqa-6 yağ turşuları mövcuddur. Kətan yağını istifadə edərkən qızdırmaq olmaz. Çünki qızma bu yağların tərkibini dəyişdirir. Bu səbəbdən kətan yağından salatların və soyuq qəlyənaltıların hazırlanmasında daha çox istifadə edilir.

Avokado yağı

Avokadoları sevirsinizsə, onda avokado yağını da istifadə etməlisiniz. Bu yağ həm aşağı, həm də yüksək temperaturda əla qida dəyərinə malikdir.

Üzüm toxumu yağı

Bu yağ hər növ yemək və salat üçün uyğun seçimdir. Lakin yüngül salatlarda və tərəvəz qovurmalarında istifadəsi daha çox tövsiyə edilir. Tərkibi E vitamini və omeqa-6 yağ turşusu ilə zəngindir.

Günəbaxan yağı

Xolesterol səviyyəsinin nizamlanmasında effektiv təsirə malikdir. Üzüm yağı kimi günəbaxan yağı da E vitamini ilə zəngindir.