spot_img
Ana səhifəSAĞLAM HƏYATSAĞLAMLIQBu adam 63 ildir ki, yatmır

Bu adam 63 ildir ki, yatmır

spot_img

Thai Ngoc adlı vyetnamlı kişi 63 ildir ki, yatmır.

Maya.news xəbər verir ki, 81 yaşlı kişi yata bilmədiyinə görə həkimlər tərəfindən nəzarət altına alınıb və müalicə edilir.

Onun yata bilməməsinin səbəbi 1962-ci ildə yüksək temperatura səbəb olan bir xəstəlik keçirməsidir.

İllərlə qəbul etdiyi dərmanlar, alternativ və müasir tibb üsulları da onu yatızdıra bilməyib.

Həkimlər insanın uzun müddət yuxusuz qalmasının mümkün olmadığını bildirsə də, Ngocun sağlamlıq vəziyyətinin normal olması hər kəsi təəccübləndirməkdədir.

Thai Ngoc isə müsahibələrinin birində yata bilməməyin dözülməz bir əzab olduğunu və yata bilən insanlara həsəd apardığını bildirib.