spot_img
Ana səhifəSAĞLAM HƏYATSAĞLAMLIQSağlam yaşamaq üçün gündə 4 dəfə qucaqlaşmağa ehtiyac var

Sağlam yaşamaq üçün gündə 4 dəfə qucaqlaşmağa ehtiyac var

spot_img

Qucaqlaşmaq sevgi göstərməyin ən yaxşı üsullarından biri olub, həm də insan sağlamlığında xüsusi rol oymayır.

Maya.news xəbər verir ki, “Behavioral Medicine” dərgisində yayımlanan məqaləyə görə, sağlam yaşamaq üçün gündə 4 dəfə qucaqlaşmaq lazımdır.

Belə ki, qucaqlaşmaq immunitet sistemini gücləndirir, ürəyin fəaliyyətinə və psixoloji sağlamlığa müsbət təsir göstərir.

Həmçinin qucaqlaşmaq insanda özgüvəni artırır və narahatlığı aradan qaldırır.

Gündə 4 dəfə qucaqlaşmaq isə depressiya riskini və stressi azaldır.

Çünki biri ilə qucaqlaşdıqda orqanizmdə xoşbəxtlik və sevgi hormonu olan oksitosin ifraz olunmağa başlayır.

Dünyanın ən məşhur terapistlərindən biri olan Vircinia Satir qucaqlaşmaq barədə aşağıdakıları deyir:

“Yaşamağa davam etmək üçün gündə 4 dəfə, həyatı hüzurlu yaşamaq üçün gündə 8 dəfə, böyümək üçün isə gündə 12 dəfə qucaqlaşmağa ehtiyac var”.