spot_img
Ana səhifəSAĞLAM HƏYATSAĞLAMLIQYeməkdən sonra şirniyyat yemə istəyi yaradan beyin hüceyrəsi kəşf olundu

Yeməkdən sonra şirniyyat yemə istəyi yaradan beyin hüceyrəsi kəşf olundu

spot_img

Siçanlar üzərində aparılan tədqiqat zamanı yeməkdən sonra şirniyyat yemə istəyi yaradan beyin hüceyrəsi kəşf olunub.

Maya.news xəbər verir ki, tox olan siçanlara şəkər verilib və onların beyinlərində “POMC” neyronlarının aktiv olduğu müşahidə edilib.

Bu neyronlar ß-endorfin adlı təbii opiat ifraz edir ki, bu da toxluq hissi yaratmaqla bərabər şirin qidalar istehlak etməyə təşviq edir.

Bu mexanizmin yağlı və normal qidalar yeyərkən aktivləşmədiyi, yalnız şəkər istehlak edərdək aktivləşdiyi qeyd olunur.

Tədqiqatçılar ß-endorfin ifrazının qarşısını aldıqda isə şəkər istehlak istəyi də yoxa çıxır.

Araşdırmaçılar eyni mexanizmanın insanlarda da müşahidə edildiyini bildiriblər.