2024-cü ilin sonlarında Çinin şimal əyalətlərində ortaya çıxan metapnevmovirus artıq Qazaxıstan və Qırğızıstana da çatıb.
Maya.news xəbər verir ki, COVID-19-un simptomlarına bənzər əlamətlərlə müşahidə olunan bu virus Qırğızıstanda 2, Qazaxıstanda isə 30 nəfərdə aşkarlanıb.
Metapnevmovirusun əsas simptomları
- Boğaz ağrısı
- Öskürək
- Zəiflik
- Başgicəllənmə
- Titrəmə
Kimlər daha çox təhlükə altındadır?
Xəstəlik əksər insanlarda yüngül keçir. Lakin immun sistemi zəif olan şəxslərdə ağırlaşa, bronxit və pnevmoniya kimi ciddi tənəffüs yolları xəstəliklərinə səbəb ola bilər.