Təyyarə uçuşlarında hiss etməsək də, bədənimiz 2 litr miqdarında su itirir.
Maya.news xəbər verir ki, bunun əsas səbəbi təyyarələrin daxilindəki havanın həddindən artıq dərəcədə quru olmasıdır.
Normalda bir otağın nəmlik göstəricisi 30-60% olduğu halda, təyyarələrin daxilində bu göstərici 10-20%-ə düşür.
Bu vəziyyət dəri və tənəffüs yolu vasitəsilə suyun sürətlə buxarlanmasına səbəb olur.
Həmçinin təyyarələr yüksək hündürlükdə uçduqlarına görə daxili hissələrdə təzyiq səviyyəsi aşağı düşür.
Bu da bədənin su saxlama bacarığını azaldır və əlavə su itirməyə səbəb olur.
Təyyarə ilə uçan zaman baş ağrısı və yorğunluq yaşamamaq üçün hər saatda 250 ml su içmək lazımdır.