Koreyalı alimlər qrupu xərçəng hüceyrələrini normal hüceyrəyə çevirən texnologiyanı təqdim ediblər.
Maya.news xəbər verir ki, bu barədə “Advanced Science” dərgisində məqalə yayımlanıb.
Verilən məlumata görə, Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunun alimləri xərçəng hüceyrəsini məhv etmək əvəzinə onu normallaşdırmaq üçün müalicə metodu hazırlayıblar.
Bu üsulla xərçəng hüceyrələri yenidən proqramlanır və normal hüceyrələrə çevrilir.
Sağlam toxumaları zədələyən digər müalicə üsullarının əksinə yeni hazırlanan bu üsul vasitəsilə xərçəngin inkişafının tərsinə çevrilməsi planlaşdırılır.