Xroniki stressin xərçəngə səbəb olduğu elmi cəhətdən sübut olunub.
Maya.news xəbər verir ki, bu badədə ABŞ-nin Nyu-York şəhərində yerləşən “Cold Spring Harbor” laboratoriyası tədqiqat aparıb.
Tədqiqat nəticəsində məlum olub ki, xroniki stress neytrofil adlı hüceyrələrin fizioloji quruluşuna təsir göstərir, bu isə xərçəng hüceyrələrinin sağlam toxumaları işğal etməsini asanlaşdırır.
Tədqiqat komandası bu qənaətə gəlmək üçün süd vəzi xərçəngi olan siçanlar üzərində təcrübə aparıblar.
Siçanlar stress altında olduqları zaman xərçəngin yayılma riskinin 2-4 dəfə artdığı müşahidə olunub.
Həmçinin tədqiqat stress hormonu olan kortikosteronun xərçəngin yayılmasını təşviq etdiyi də üzə çıxıb.