spot_img
Ana səhifəSAĞLAM HƏYATQİDALANMANİYƏ ŞOKOLADI BU QƏDƏR ÇOX SEVİRİK?

NİYƏ ŞOKOLADI BU QƏDƏR ÇOX SEVİRİK?

spot_img

İstər ağ, istər fındıqlı, istərsə də acı olsun fərq etmir, şokolad yeməyi sevirik. Bəs bunun səbəbi haqda heç düşünmüsünüz?

Maya.news xəbər verir ki, şokoladların tərkibində onu cəlbedici edən yağ, şəkər və kimyəvi birləşmələr var.

Tərkibindəki kakao yağının şokoladı ağzımıza qoyduqdan bir neçə saniyə sonra əriməsi insanda məmnunluq hissinin yaranmasına səbəb olur.

Ksantin və teobromin insanda şokolad aludəçiliyi yaradır. Buna görə də şokolad yeməkdən doymuruq. Teobromin çay və qəhvənin də tərkibində var. Ancaq onun miqdarı şokoladın tərkibində daha çoxdur.

Həmçinin şokoladda qan şəkərinin, təzyiqin və xoşbəxtlik hissinin artmasına səbəb olan tiramin və feniletilamin birləşmələri də var.

Anandamid adlı kimyəvi birləşmə isə şokoladdan əlavə beynimizdə ifraz olunur. Ancaq təbii yolla yaranan birləşmə tez parçalanır. Xoşbəxtlik hissinin müddətini uzadan anandamid şokoladdan əldə edildikdə isə daha uzun müddət insanın əhvalını yüksək saxlayır.

Şokoladların faydasına gəldikdə isə onu deyə bilərik ki, tərkibində olan flavonoidler antioksidant təsirə malikdir. O qeyri-sağlam xolesterolun midarını azaldır, qan axışını yaxşılaşdırır və ürəyin fəaliyyətini stimullaşdırır.